Bu barədə Globalinfo.az saytı mideo dərc edib. Saytın dərc etdiyi məlumata görə
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin cənubuna səfəri zamanı yerli xalq ilə görüşdə delimitasiyanın Zəngəzurdan başlaya biləcəyini dedi.
Ermənistanda ümumiyyətlə delimitasiya ilə bağlı birmənalı mövqe yoxdur. Bir çoxları bu prosesi hələ də Ermənistan üçün dəhşətli vəziyyət kimi görür.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov müsahibələrin birində belə fikir işlədib: “Ermənistanın ərazisi sovetləşmədən sonra 3 dəfə böyüyüb. Onlar istəyir ki, bu əraziləri tam saxlasınlar və buna görə də bütün sərhədin 1976-cı ilin xəritəsi ilə delimitasiya edilməsini arzulayırlar” .
Delimitasiya Zəngəzurdan başlasa, Azərbaycana hansı ərazilər qaytarıla bilər? Bu, hansı ilin xəritələri ilə reallaşa bilər?
Xatırladaq ki, Azərbaycan prosesi 1918-20ci illərin xəritəsi ilə aparılmasını istəyir. Çünki o illərin xəritəsində Zəngəzurun Azərbaycana məxsus olduğu açıq görünür. Ermənistan bunu bildiyi üçün Sovet xəritələrinə istinad olunmasına çalışır.
Globalinfo.az -a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Zəngəzur istiqamətində sərhədlərin müəyyən edilməsi elə də asan olmayacaq:
“Düzdür, sərhədin Qazax-Tavuş hissəsində sərhəd müəyyənləşdi. Bu bölgədə tərəflər arasında fikir ayrılığının olmaması, 4 kəndin qeyd-şərtsiz bizə geri qaytarılması ilə nəticələndi.
Qazax-Tavuşdan fərqli olaraq Zəngəzurda fikir ayrılıqları dərindir. Ermənistan 1970-1980-ci illərin xəritələri əsasında delimitasiyanın aparılmasını istəyir. Bu da azmış kimi İrəvan şərti dövlət sərhədində yerləşən bəzi strateji yüksəklikləri geri istəyir.
Bütün bunları nəzərə alıb demək olar ki, proses Zəngəzurda ləng və çətin gedə bilər. Azərbaycan tərəfi üçün problem yoxdur. Rəsmi Bakı prosesin ən qısa zamanda həllini istəyir. Ermənistan maneə yaratmasa, ya da daxili siyasətlərində nəsə olmasa delimitasiya şimalda olduğu kimi Zəngəzurda da yekunlaşa bilər”.
Sosial Platformamızı bəyənin