Yaxın onilliklərdə dünya əhalisi azalmağa başlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzeti “Lancet” jurnalında dərc olunmuş bütün dünya üzrə araşdırmaya istinadən yazıb.
Nəşrin məlumatına görə, 14-cü əsrdəki vəba pandemiyasından sonra dünya əhalisinin sayı ilk dəfə azalacaq. Səbəb doğum nisbətinin kəskin azalması olacaq. Vəba pandemiyası dövründə Yer kürəsinin əhalisi bütün dünyada təxminən 50 milyon nəfər, Avropa əhalisi isə təxminən 1/3 biri azalıb. Bu, planetin əhalisinin azaldığı yeganə dövrdür.
“Dünya əhalisinin sayı vəba pandemiyasından sonra ilk dəfə doğuş nisbətinin kəskin azalması səbəbindən azalacaq”, deyə nəşr qeyd edib.
Jurnalistlər əlavə ediblər ki, əhalinin artımı üçün doğum səviyyəsi hər qadına görə 2,1 uşaq olmalıdır. 2021-ci ildə qlobal doğuş nisbəti bir qadına 2,23 uşaq idi, lakin 2050-ci ilə qədər 1,83 uşaq və 2100-cü ilə qədər bir qadına 1,59 uşaq olacağı proqnozlaşdırılır.
Aydın
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik