Bu xəbəri Global.az saytı məlumat dərc edib. Saytın yaydığı məlumata görə Erməni deputat Tiqran Abramyan deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müxtəlif beynəlxalq aktorların nikbin mesajları fonunda Türkiyə xatırladır ki, bu, həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı nəzərdə tutur.
“Danışıqlar prosesi ilə bağlı Qərbdən səslənən müsbət gözləntilərin əsasında Ermənistanın güzəştləri, ABŞ-ın təzyiqləri var? Son 6 ildə kənardan nə qədər çox müsbət gözləntilər olursa, Ermənistan və erməni xalqı bir o qədər çox itirməkdə davam edir”, – Abramyan bildirib.
Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, görünür, Abramyanın timsalında erməniləri narahat edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu günlərdə deyib ki, Zəngəzur dəhlizinin açılması sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır.
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan və Türkiyə inadla və inamla Zəngəzur dəhlizinin açılmasını təmin etmək, bununla da regionda alternativ gücün flaqmanına çevrilməyi hədəfləyirlər:
“Çünki Zəngəzur dəhlizinin açılması Bakı ilə Ankaranın Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər genişlənən strateji maraqlarındakı bariyerləri aradan götürə bilər. Maneələrin nədən ibarət olduğunu ayrıca mövzuda təhlil etmək olar. Amma məsələ burasındadır ki, Bakı ilə Ankara geosiyasi tikanlara rəğmən iki regionu eyni geosiyasi məkan kimi qiymətləndirərək maraqlarını əhəmiyyətli dərəcədə irəlilədib, onları bacarıqla idarə edə bilirlər. Bununla belə daha da geniş strateji imkanlar qazanmaq lazımdır.
Sosial Platformamızı bəyənin