Ermənistan hələ də köhnə “təfəkkür”dən tam əl çəkə bilmir. Bir tərəfdən yenə də Azərbaycan torpaqlarında, dünyanın böyük gücləri ilə çirkin niyyətini həyata keçirmək istəyir, digər yandan reallıq Ermənistanı yerində otuzdurur. Bir müddət əvvəl şərti sərhəddə Azərbaycan əsgərinin yaralanması ilə nəticələnən təxribat baş vermişdi. Həmin postun Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilməsi Ermənistana soyuq duş oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin depitatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, ötən günlərdə yenə də şərti sərhəddə baş verən hadisə həmin situasiyanı təkrarlaya bilərdi:
“Ola bilsin ki, Ermənistan hakimiyyətində azacıq da olsa obyektiv düşünməyi bacaran müəyyən insanlar var. Bəlkə də, onların səyidir ki, Ermənistanın xüsusi xidmət orqanı insidentin onlar tərəfindən baş verdiyini etiraf etməli oldu”.
Millət vəkili bildirib ki, əks halda Azərbaycanın cavabı çox ağır olacaqdı:
“Dəfələrə bəyan edilib ki, ölkəmiz suverenliyinə, ərazi bütövlüyünə olan təhdidə yerindən asılı olmayaraq çox sərt cavab vermək hüququnu özündə saxlayır. Emrənistan dərk etməlidir ki, gələcəyi Azərbaycanla, qonşu dövlətlərlə yaxşı münasibətlərdən asılıdır. Hakimiyyətin müəyyən üzvləri deyil, erməni cəmiyyəti bunu özü üçün aydınlaşdırmalıdır”.

“Miqrasiya günü-gündən güclənir. Bu templə Ermənistan əhalisiz bölgəyə çevriləcək. Çünki başqa xalqın tarixi torpaqlarında yaranan dövlətin perspektivi ola bilməz. Ermənilər yaxşı bilir ki, Azərbaycan torpaqlarına 200 il bundan öncə gəlib və hansı hiylə dövlət yaradıblar”.
Deputat vurğulayıb ki, Ermənistan tək etiraf etməklə deyil, bunun qarşısını almalıdır: “Xüsusi xidmət orqanı istənilən dövlətdə güclü faktordur. İnsidentlərin qarşısı almaq üçün silahlı qüvvələrdə, müvafiq strukturlarda müəyyən addımlar atılmalıdır. Təxribatı sonradan etiraf edəcəklərsə, bu, Azərbaycanı qane etmir. Müharibə bitib. Azərbaycan şərti sərhəddə mövqelərini qurub. İstənilən məsələ danışıqlarla həll edilməlidir. Ermənistan üçün qəti mövqe xətti olmalıdır. Ək halda nəticələri növbəti dəfə görməli olacaqlar”.
Müəllif: Tapdıq Qurbanlı