Müxalif “Ermənistan” fraksiyasının müəllifi olduğu “Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsinə dair parlamentin bəyanatı layihəsi” Milli Məclisin gündəliyinə daxil edilməyib.
Teleqraf.com xəbər verir ki, layihənin lehinə 27, əleyhinə 51 deputat səs verib.
Layihəni parlamentin plenar iclasında “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan təqdim edib. Xaçaturyanın absurd iddiasına görə, sərhədlərin delimitasiya və demarkasiyası “1993-cü ildən sonrakı sərhədlər”ə əsaslanmalıdır.
Xaçaturyan təklif edirdi ki, delimitasiya-demarkasiya prosesi referendumla müəyyən olunsun.
Bədnam layihə Azərbaycana qarşı ərazi iddiaları əks etdirirdi.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik