
“Ermənistanın sərhəddə baş verən insidentlərin araşdırılması üçün mexanizmin yaradılmasına dair Bakıya təklifi qüvvədə qalır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, jurnalistlərin növbəti müharibə təhlükəsinin olub-olmaması ilə bağlı suallarına cavab verib:
“Biz də sərhəddəki insidentlərin araşdırılması istiqamətində işləyirik. Ermənistanın təhlükəsizliyinə təhdid olacağı təqdirdə, biz bunu mütləq ictimaiyyətlə bölüşəcəyik. Məsələ ilə bağlı açıq danışırıq, belə də davam edəcək”.
Qriqoryan digər jurnalistin Azərbaycan ordusunun sərhəddəki mövqelərdə cəmlənməsi ilə bağlı sualına münasibət bildirib:
“Bu məlumatların mənbəyinə baxmaq lazımdır, şayiələrə inanmamamlıyıq. Sizə bunu deyən şəxsdən daha dəqiq məlumat tələb edin. Əminəm ki, sərhəddə belə bir şey müşahidə etməyib. Çünki əgər həqiqətən olsaydı, bizim mexanizmlərimiz də görərdi”.
Ayşən Mustafa
Sosial Platformamızı bəyənin