Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. O qeyd edib ki, bu gün imzalanan memorandum iki ölkə arasında tərəfdaşlığı gücləndirir və yeni imkanların aşkarlanmasına yönəlib.
“Focus-news”, “Manager.bg”, “Banker.bg” xəbər portallarının yaydıqları xəbərlərdə diqqətə çatdırılıb ki, Anlaşma Memorandumunun imzalanması mərasimindən sonra prezidentlər Rumen Radev və İlham Əliyev Sofiyada SOCAR-ın ofisinin açılışında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub. SonraPrezident İlham Əliyev Rumen Radevin dəvəti ilə Bolqarıstana rəsmi səfər edib. Səfər çərçivəsində Yunanıstan ilə Bolqarıstan arasında qaz interkonnektorunun rəsmi açılış mərasimi də keçirilib.
“News.bg” saytı isə Bolqarıstan Prezidenti Rumen Radevə istinadən qeyd edib ki, Azərbaycan etibarlı ticarət və iqtisadi tərəfdaşdır. Qlobal və strateji dəyişikliklərə baxmayaraq, müqavilə öhdəliklərinə ciddi əməl edən Bolqarıstan artıq bir ildir Azərbaycandan təbii qaz alır. Həmçinin vurğulanır ki, Bolqarıstan ilə Azərbaycan arasında uğurlu vəvə uzunmüddətli strateji tərəfdaşlıq mövcuddur. Diqqətə çatdırılıb ki, Rumen Radev bütün regionu səmərəli, sürətli şəkildə və ucuz qiymətə təbii qazla təmin etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib, imzalanmış Anlaşma Memorandumunun yeni imkanlar açacağına, ölkələr arasında qaz nəqli şəbəkəsini genişləndirəcəyinə inandığını deyib. “Biz artıq başqa daha vacib layihələr və gələcəyin enerjisinin – yaşıl hidrogenin ötürülməsi haqqında danışmağa başlayırıq, çünki bunu etmək üçün bütün əsaslarımız var”, – deyə Rumen Radev vurğulayıb.
Bolqarıstan mətbuatında, o cümlədənteleviziya kanallarında çıxış edən ekspertlər Azərbaycan Prezidentinin səfərinin Avropanın enerji təhlükəsizliyi, həmçinin region üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik