Türk xalqları və xristianlıq XVI əsrə aid edilən və türk dilinin qıpçaq qolunda yazılmış xristian mətnləri dövrümüzə əsasən indiki erməni əlifbasında gəlib çıxmışdır. Bu əlifbanın müəllifi Mesrop Maştots hesab olunur. Ermənilərin yazdıqlarına görə, bu əlifba əsasən xristian mətnlərinin ermənilər arasında yayılması məqsədi ilə tərtib olunmuşdur. Alimlərin bir qismi bu əlifbanın həbəş, bir qismi Suriya – aramey, bəziləri isə pəhləvi mənşəli olduğunu qeyd edirlər. Bəzi alimlər isə Mesrop Maştotsun bu əlifbanı Suriya yepiskopu Daniildən oğurladığını qeyd edirlər. Özünün inkişafında erməni əlifbası 3 mərhələdən keçmişdir:
V – VIII əsrlər. Bu mərhələdə hələ pəhləvi dilindən tam ayrılmayan qrabar dilinə uyğunlaşdırılan, erkatagir adlandırılan əlifbadan istifadə olunmuşdur. Qədim erməni dili adlandırılan qrabarın leksik tərkibinin 60 faizdən çoxunu pəhləvi sözləri təşkil edirdi. İrəvandakı Qafqaz mərkəzinin İranşünaslıq bölməsinin elmi əməkdaşı Vardan Voskanyan yazır:
“…haqlı olaraq XIX əsrin sonlarına qədər erməniləri İran xalqlarından biri hesab etmişlər”.
VIII – XII əsrlərdə müsəlman mədəniy- yətinin təsiri altında dairəvi yazı forması, yəni boltagir yarandı. Eyni zamanda erməni dilinin leksik tərkibi kəskin dəyişikliyə uğramağa başlayır. Qrabar dilindən imtina olunur və o öz yerini leksik tərkibinin yarısına qədərini türk sözləri təşkil edən aşxarabara verməyə başladı.
34-60-cı illərdə Arminiyanı İberiya hökmdarı Farsmanın qardaşı və onun oğlu Radamist idarə etmişdir. 63-cü ildən başlayaraq Arminiyada hakimiyyət Parfiya Arşakilərinin əlində olmuşdur.
226-cı ildə Sasanoğulları parfiyalıların İrandakı hakimiyyətinə son qoydular. Bu hadisə Arminiyada hakimiyyətdə olan Parfiya Arşakilərinin yan budağı ilə Roma arasında ümumi düşmənə – Sasanoğul- larına qarşı ittifaqın yaranmasına səbəb oldu. IV əsrdə Arminiyada xristian dininin yayılması parfiyalıların mənşə cəhətdən qohum olduqları digər iranlı toplumdan – Sasanoğullarından ayrılmasına səbəb oldu.
İrandilli xalqlar arasında xristianlığın möhkəmlənməsi onların zərdüştçü iranlılardan ayrılmasına və indiki erməni etnosunun nüvəsinin yaranmasına gətirib çıxartdı. 451-ci ildə Xalkedon kilsə məclisində monofizit təriqətli İrandilli xristian ünsürlərin bidətçilikdə ittiham olunaraq kilsədən qovulmaları onların müstəqil etnos kimi formalaşmasına şərait yaratdı.
Xristianlığın monofozit təriqətini qəbul etmiş bu tayfalar içərisində türklər də var idi. Erkən orta əsr mənbələri xristianlığı qəbul etmiş türk tayfalarından sabirlərin (sevordikləri – qara sabirlərin), hunların bir qisminin adlarını çəkir.
R.A.Açaryanın fikrincə, hazırda erməni dili 3 qola və 36 dialektə, A.S.Qəribyanın fikrincə, 7 qola və 51 dialektə, Q.B.Cauk- yanın fikrincə 11 qrup və 44 dialektə ayrılır. Dialektlər arasındakı fərq həddin- dən artıq çoxdur. Andranik Gevorkoviç Malxasyan isə erməni dilində 62 dialekt olduğu qənaətinə gəlmişdir. Onun fikrincə “əgər bu erməniləri bir yerə yığmaq mümkün olardısa, onlardan heç kəs bir-birlərinin dilini başa düşməzdilər”.
Bəs necə olmuşdur ki, qədim ənənlərə və tarixi keçmişə sahib olan türklər öz yazılarında erməni əlifbasından istifadə etmişlər?
Problemə aydınlıq gətirmək üçün 2 məsələyə diqqət yetirmək lazımdır:
İndiki erməni etnosunun formalaşması.
Türk xalqları və xristianlıq.
Özlərini «hay» adlandıran ermənilər Yer kürəsinə yayılma baxımından qaraçıları da geridə qoyurlar. Həm antropoloji (balkan – qafqaz, ponto – zaqros, assiroid, armenoid, Ön Asiya və s.), həm də dini baxımdan (müsəlman hamşin, qriqoryan, katolik, protestant və s.) müxtəlif qollara bölünürlər.
Ermənilərin iddia etdikləri ərazilərdə yaşayan xalqların heç biri nə linqvistik, nə də antropoloji baxımdan indiki erməni- lərlə heç bir bağlılığı yoxdur.
Uzun tarixi proses gedişində ermənilər bəzi tayfalardan öz adlarını (semit mənşəli haylardan və türk mənşəli ərmənlərdən), bəzilərindən fiziki quruluşlarını (Qara dəniz sahillərində yaşamış Qafqazdilli etnoslar), bəzilərindən öz dillərini (İrandilli Əhəmənilər, parfiyalılar, türklər və s. ), habelə mədəniyyətlərini (türklər, yunanlar, gürcülər və s.) əxz etmişlər.
Ermənilər özlərinin ilk dövlətləri hesab etdikləri Hayasa, əvvəlcə Əhəməni nəslindən olan Yervand, daha sonra isə Selevkilər nəslindən olan Zariadr tərəfindən idarə olunmuşdur. Selevkilərin zəifləməsindən istifadə edən Zariadr öz əmoğlusu III Antioxa dönük çıxaraq romalıların tərəfinə keçdi. Miladdan əvvəl II əsrdə Parfiya bölgənin ən nüfuzlu dövlətinə çevrildi. Miladdan əvvəl 53-cü ildə müttəfiqi Romanın parfiyalılar tərərfindən Karra döyüşündə ağır məğlubiyyətə uğradılmasından dərhal sonra Arminiya hakimi öz qızını Parfiya şahzadəsi Pakora ərə verir. Romada vətəndaş müharibəsinin bitməsi və onun Orta Şərqdə güclənməsiylə Arminiya hakimi romapərəst mövqeyə keçir. Miladdan əvvəl 36-cı ildə Fraaspa yaxınlığında Roma ordusu və onlara qoşulmuş Arminiya dəstələri darmadağın edildikdən sonra Roma sərkərdəsi Antoni bu məğlubiyyətin səbəbkarı hesab etdiyi Arminiya hakimi Artavazdı da özü ilə Misirə apardı. 3 il sonra onun kəsilmiş başı Arminiyanı idarə edən Atropatena hökmdarına göndərildi.
KƏRƏM HƏTƏMOGLU,
TARİXÇİ – ALİM.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik