Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tez-tez atəşkəsi pozması Azərbaycan Ordusunun səbr kasasını doldurdu. Üstəlik bir neçə istiqamətdə erməni yaraqlılarının basdırdıqları minaların Azərbaycanın mülkü əhalisinə ziyan vurması erməni hərbi birləşmələrinə qarşı sərt addımlar atmağın vaxtının çatdığına işarə idi.
KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, düşmən layiq olduğu şəkildə cəzasını alacaq: “Ermənistanın Qarabağ ərazisində yerləşən silahlıları tərəfindən Azərbaycan Ordusunun bir neçə istiqamətdən mövqelərinə atıcı silahlardan və yüngül artilleriyadan istifadə olunmaqla zərbələr endirilib.
Atəşkəs bir neçə istiqamətdən pozulub. Nəticədə Azərbaycanın iki hərbi qulluqçusu yaralanıb. Daha əvvəl isə Ermənistan silahlıları Xocavənd rayonu istiqamətində kəşfiyyat diversiya qruplarını göndəriblər. Həmin qrupların bir neçə istiqamətdə əraziyə basdırdıqları minaların partlaması nəticəsində həm mülkü vətəndaşlar, həm də polis əməkdaşları həyatını itiriblər.
Sosial Platformamızı bəyəninBütün bu fəaliyyətlər Ermənistanın birgə bəyanatın şərtlərini pozaraq Azərbaycan ərazilərinə qarşı iddialardan əl çəkmədiyini və erməni silahlılarını, texnikalarını Azərbaycan ərazilərindən çıxarmaq niyyətində olmadıqlarını, əksinə onlardan istifadə etməklə Azərbaycan ordusunun şəxsi heyətinin və ərazidə bərpa-quruculuq işləri ilə məşğul olan mülkü vətəndaşların sağlamlığına ciddi təhlükələr yaratmaqda davam edirlər. Azərbaycan Ordusu əsgərimizin, polis əməkdaşlarımızın və mülkü vətəndaşların qisasını yerdə qoymayacaq.