Məlum olduğu kimi, RUSİYA dövlətini imperiyaya çevirən I PYOTR günümüzdə də əksər rusların nəzərində böyük tarixi şəxsiyyət kimi dəyərləndirilir. Hətta, RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN və digər yüksək vəzifəli dövlət rəsmiləri də çıxışlarında PYOTRU xatırlayır, onun “VƏSİYYƏT”LƏRİNDƏN bəhs edirlər.
I PYOTRUN vaxtilə Osmanlıya əsir düşdüyü və öz arvadının sayəsində əsirlikdən qurtulduğunu bilənlərin sayı olduqca azdır.
“1710-cu il noyabrın 20-də OSMANLI dövləti Rusiyaya müharibə elan etdi. 1711-ci il iyunun 30-da rus qoşunları Moldovaya daxil oldu, DNESTRİ keçib Prut çayının sahilinə çıxdı. 135 minlik türk qoşunu 30 minlik rus qoşununu tamamilə mühasirəyə aldı. Yeniçərilərin hücumu ilə döyüş başlandı və üç saat davam etdi. TÜRKLƏR 8900, ruslar 4800 nəfər itki verdi. Ümumilikdə isə, PRUT yürüşü zamanı rusların itkisi 27.185 nəfər olub.
GECƏ döyüşlərinin birində yeniçərilərin hücumu nəticəsində Rusların “məğlubedilməz” çarları Pyotr türklərə əsir düşür. Onun əsir düşməsi ilə döyüşlər dayanır və Pyotru Osmanlı ordusuna başçılıq edən BALTAÇI MEHMET PAŞANIN hüzuruna gətirirlər. Vəzir çox ağır şərtlər irəli sürüb rusların geri çəkilməsi barədə tələblər irəli sürür.
TÜRKLƏRƏ əsir düşən RUS ÇARI PYOTR diplomat PYOTR ŞAFİROVA məktub göndərərək yazır:
“İSTƏNİLƏN ŞƏRTLƏRƏ RAZI OLUN, AMMA MƏNİM QUL və ƏSİR OLMAĞIMA RAZI OLMAYIN”.
BALTAÇI MEHMET PAŞANIN nəyə görə sülhə razılaşdığı hələ də tam bəlli deyil. Bəzi mənbələrə görə böyük pul alır, bəzi mənbələrə görə böyük sərvət dəyərində qiymətli əşyalar alır. Bir versiya da (bunu rus müəllifləri yazır) BALTAÇI MEHMET PAŞA Pyotrun arvadı
I YEKATERİNANIN gözəlliyinin təsiri altına düşməsi ilə bağlıdır.
BELƏ Kİ ki, sülh müqaviləsindən sonra orduda Yekatrinanın Mehmed Paşanı intim əlaqəyə girərək sülhə razı saldığı barədə şayələr gəzməyə başladı.
HƏMİN DÖYÜŞLƏRİ TƏSVİR EDƏN FRANSIZ
LA MOTREUİLLE YAZIR:
“ÇARİÇA heç kəsi görmək istəməyən vəzirin çadrına daxil oldu. Qadın gözəlliyinin təsirindən istifadə edərək, vəzirin razılığını almaq üçün danışıqlara başladı, bir müddət sonra çadırdan çıxan Çariça sülh bağlamaq səlahiyyətinin Şafirova verildiyini bilirdi.
VƏZİYYƏTİN çıxılmazlığını görən YEKATERİNA BALTAÇI MEHMET PAŞANIN çadrına gəlir. Saatlarca orada qalır. Arada gözətçi yeniçəri gəlir və deyir ki, “paşam, paşam Rusiya bizə hücuma başladı”. PAŞA DEYİR: “QORXMA ƏSGƏR, BÜTÜN RUSİYA MƏNİM YATAĞIMDADIR”.
MƏNBƏLƏR yazır ki, vəzirlə görüşün səhəri, iyulun 9-da Yekatrina orduda şura topladı və orada o və ya Şafirov danışıqlara başlamaq təklifi ilə çıxış etdi və şura türklərə sülh təklif etmək, Şeremetyevin adından məktub yazmaq və danışıqları Şafirova həvalə etmək qərarına gəldi.
BUNDAN sonra Yekaterina generalları və Şafirovu bu qərarı təsdiqləmək üçün Pyotrun çadırına göndərdilər. Nəticədə Osmanlı ordusu döyüşü davam etdirmədi, etdirsə idi paytaxta qədər gəlib çıxacaq və Rusiya dövlətinin mövcudluğuna son qoyulacaqdı.
LAKİN KRIM XANININ və İSVEÇ KRALI XII KARLIN israrlarına baxmayaraq, Baltaçı Mehmed Paşa sülh bağlamaqla kifayətlənir (1711-ci il, avqust ayında).
MƏHZ Pyotrun arvadı Yekaterinanın sayəsində rus ordusu Osmanlılardan xilas olub geri çəkildi, Osmanlılar da sülhə imza atmağa razı oldular.
SONRADAN I PYOTR kraliçanın Prutdakı davranışını yüksək qiymətləndirdi. 1714-cü ildə kral yalnız qadınlara verilə bilən “BÖYÜK ƏZABKEŞ YEKATERİNA” ordenini təsis etdi. Pyotr öz ayıbını gizlətmək üçün bu ordenin təsis edilməsinə belə şərh verirdi:
“ƏLAHƏZRƏT YEKATERİNA Alekseyevnanın Prut yaxınlığında türklərlə döyüşdə qalması xatirəsinə verilmişdir, belə təhlükəli bir vaxtda o, qadın kimi deyil, kişi kimi özünü aparmışdı…”
ZAUR ƏLIYEV TARİXÇİ ARAŞDIRMAÇI, ALİM.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik