İLHAMI CƏFƏRSOY. İveriya çarı ll Ər Şuşanın əmri ilə yaradılmışdır. O zaman Bərdə paytaxt olmaqla Aran ölkəsini Ər Şuşanın oğlu Bars xan idarə edirdi. Bərdə yepiskopu Şəqaq Mesropu qarqarların yanından Bərdəyə çağırmış, birlikdə 38 hərfdən ibarət əlifba tərtib etmişdilər. Həmin əlifba ilə Şuşa dilində tərtib edilən ağız ədəbiyyatı nümunələrinin bir hissəsi Türkiyədəki Şuşa (Şavşat) şəhərciyindən tapılmışdır. Mən keçən il elmi konfransda məruzəmdə təklif elədim ki, Türkiyədəki Şuşa şəhərinin adı özünə qaytarılsın. Hələ ki daşdan səs çıxır, AMEA-nın Mexdiyev kimi düşünən mıxcalarından səs çıxmır. Çoxlu folklor nümunələri ilə yanaşı Koroğlu dastanı Şuşa əlifbası ilə yazıya alınmışdır. Gürcülər iddia edirlər ki, o, dastanın gürcü variantıdır. Dastanın Şuşa versiyasında Koroğlu üzünü Nigar xanıma tutub deyir:
Salam verdim, salam almaz,
Görüm kessin salam seni.
Axçasız, pulsuz aşığam,
Pulum yoxdu alam seni.
Çıxıb baqlarda qezarsen,
Dertli baqrimi ezarsen.
Beyaz kaqıza benzarsen,
Kalem tutmaz yazam seni.
Gürcülər Bars xanın adını Varsxen kimi yazmaqla uzun illər duqqətimizi azdırdılar. Ermənilər bir az da irəli gedərək Varsxen adını Vazqen elədilər. Qonşularımız elmi tədqiqat adı altında ideoloji müharibə aparırlar. Biz fil qulağına girib mürgüləyirik. Bax: İlhami Cəfərsoy. İver və H”Ay folklorunda Türk mifik təfəkkürünün izləri. Bakı, 2014.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik