İran prezidentliyinə namizəd, seçkilərin ikinci turunda Məsud Pezeşkianın rəqibi Səid Cəlilinin seçki qərərgahının nümayəndələri Pezeşkiana səs verənləri eşşək adlandırıblar. Bu barədə Güney Azərbaycanın media kanallarında məlumat və videolar yayılıb. Mərənddə 95.000 səsin 76.000 – i Pezeşkiana verilib. ,, Açıqca elan edirəm, təhqir də olsa, Pezeşkiana eşşəklər-uzunqulaqlar səs veriblər” deyə Cəlilinin nümayəndəsi bildirib. Videonun yayılmasından sonra Mərənddə Cəlili və onun seçki qərərgahının nümayəndələrinə qarşı etiraz elanı baslayıb. Polis qüvvələri etirazların qarşısını alıb və bəzi etirazçıları birneçə saatlığa həbs edib. Saxlanılanlar dindirildikdən sonra və etiraz keçirməməklə bağlı iltizam alındıqdan sonra sərbəst buraxılıblar.
Elsevən Gözəldərəli
Sosial Platformamızı bəyənin