
İsrailin keçmiş müdafiə naziri Yoav Qallant İranın Ali Rəhbəri Əli Xameneiyə məktub ünvanlayıb: “Səninlə heç vaxt şəxsən görüşməmişik, amma bir-birimizi yaxşı tanıyırıq. Təxminən otuz ildir səni izləyirəm, rəhbərliyinin hər kritik anını təhlil etmişəm. Harda, nə etmisən bilmişəm. Çünki biz hər yerdəyik. Son aylarda baş verənlər sadəcə hərbi qarşıdurma deyildi, bu, sənin 40 illik strateji quruluşunun çökməsi idi. Həmas, Hizbullah, Suriya, İraq və Husilər – od dalğan darmadağın edildi.” İndi bilirəm, sən qarşısında üç seçim görürsən: 1. Nüvə proqramını gizlincə davam etdir – biz yenə də bunu öyrənəcək və məhv edəcəyik. Sənə baha başa gələcək. 2. Konvensional silah gücünü bərpa etməyə çalış – biz yenə də onu sıradan çıxaracağıq. 3. Yaxud da kiçik amma qürurlu İsrailə qarşı müharibəni dayandır və öz xalqının rifahına yönəl. Hansı səhv addımı atsan, biz hazır olacağıq.
Sosial Platformamızı bəyənin