Tarix hər 110, bəzən də bir neçə yüz illərdə nadir, ümumbəşəri milli hisslərə malik, müdrik, uzaqgörən siyasətçilər yetişdirir. Atilla, Atatürk, Corc Vaşqinton və bir çox bu cür siyasətçilər tarix yazmaqla bərabər, tarixə öz imzalarını unudulmaz qızıl hərflərlə həkk etdirməyi bacarmış həmin siyasətçi və dövrünün dövlət rəhbərləri olmuş kəslərdir. Bu cür dünya şöhrətli siyasətçilərdən biri də Azərbaycanın mərd oğlu, el atası, Ulu öndər H.Ə.Əliyevdir.
H.Ə.Əliyev 1923-cü il may ayının 10 da Naxçıvan şəhərində dünyaya göz açmışdır.
1939-cu ildə Naxçıvan Pedoqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye
İnstitutunun memarlıq fakültəsinə daxil olsa da İkinci dünya müharibəsinin başlanması onun təhsilini yarımçıq qoymuşdur. 1941-1944-cü illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Daxili İşlər Komissarlığında məxfi işlər hissəsininn müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifəsində çalışmışdır.
1944-cü ildə Dövlət Təhlükəsizliyi orqanlarına göndərilmiş, 1949-1950 ci illərdə SSRİ Dövlət
Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (Sankt Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil almış və 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində bölmə rəisi təyin edilmişdir.. 1958-ci ildə Azərbaycan SSR Dövıət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini təyin edilmişdir.
1967-ci ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitısinin sədri vəzifəsinə təyin edilmiş və general-mayor rütbəsinə layiq görülmüşdür.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev qısa zaman kəsiyində
Azərbaycanı həm keçmiş SSRİ məkanında, eyni zamanda dünyada tanınmasında müstəsna rol oynamışdır.
1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi bürosunun üzvü seçildikdən sonra SSRİ Nazirlər Komitəsini sədrinin birinci müavini təyin olunan H.Əliyev Azərbaycan SSR-də də dövlət infrastrukturlarının yaradılması və təkmilləşdirilməsi üçün əlindən gələni etmişdir.
O vaxtkı SSRİ rəhbəri Mixail Qobaçovun yarıtmaz siyasətinə cəsarətlə etiraz etdiyi üçün 1987ci ildə vəzifədən kənarlaşdılımış H.Ə. Əliyev bir müddət Moskvada diqqət mərkəzindən kənarda qalsa da, vətəni Azərbaycanın hər halı ilə maraqlanırdı.
1990-cı il Qanlı Yanvar hadisələrindən sonra o, böyük cəsarətlə SSRİ rəhbərliyimni tənqid etmiş və Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etmişdir.
1991 ci ildə canından artıq sevdiyti vətəni Azərbaycana qayıdan H.Ə.Əliyev o vaxtkı AXCMüsavat birliyi hökumətinin təşkil etdiyi Ali Sovetin iclasına dəvət edilsə həmin dövrün bir çox “siyasətçi” ləri onu normal qəbul etməsələr də, H.Ə.Əliyev bundan inciməmiş və anadan olduğu doğma Naxçıvana yola düşmüşdür. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan
Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının çiçəklənməsi yolunda ən mühüm addımlarından biri Beynəlxaq Neft müqaviləsi ( Əsrin müqaviləsi)nin imzalanması oldu. 1994-cü il sentyabrın 20-də imzalanan bu müqavilə Azərbacan neftinin dünya bazarına çıxarılması, Avropa ölkələrinə axıdılması, satılması uğrunda əvəz olunmaz addım idi.
Böyük Britaniyanın BP, ABŞ-ın Penzoyl, AMOKO, Şevron, Rusiyanın Lukoyl, Norveçin Statiyl kimi iri şirkətlərinin Azərbaycana dəvət olunması və burada işləməsi Azərbaycanda ÜDM-nin həcminin artmasına gətirib çıxartdı.
Azərbaycan –Ermənidtan müharibəsinin müvəqqəti olaraq sakitləşdirilməsi, günahsız Azərbaycan oğullarının şəhid olmaması üçün məhz Atəşkəs müqaviləsini 1994-cü ildə imzalamaq H.Ə.Əliyev üçün nə qədər ağır olsa da, Azərbacanın siyası, iqtisadi və hərbi sahədə güclənməsi üçün vacib tarixi addım idi.
1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin sərəncamı ilə hər il may ayının 10-u “Gül bayramı” kimi qeyd olunur. Bu həm də el atası, böyük Vətən oğlu H.Ə.Əliyevin doğum günüdür.
Artıq Ulu Öndərin 100-illiyi tamamlanır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İ.Əliyev bu münasibətlə Vətənin ən ali Ordenini, Heydər Əliyev ordeninin təsis edilməsi haqqında da sərəncam imzalamışdır.
H.Əyev adı Azərbaycan dövləti var olduqca ürəklərdə yaşayacaq, onun əziz, unudulmaz xatirəsi qəlblərdə əbədi heykəl kimi ucalacaqdır.
Mahirə Abdullayeva
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik