Almaniya kansleri Fridrix Merz dondurulmuş Rusiya aktivləri ilə bağlı mövqeyinə görə avropalılar arasında təcrid olunub.
Axar.az xəbər verir ki, bu barədə “Berliner Zeitunq” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Merz sona qədər Rusiya aktivlərinin faktiki olaraq müsadirəsinin faydalarını tərifləməyə, riskləri isə azaltmağa çalışıb.
Lakin nəşr xatırladıb ki, bir neçə həftə ərzində Rusiyanın dondurulmuş vəsaitlərinin əksəriyyətinin saxlanıldığı “Euroclear” depozitariyasından Avropa Mərkəzi Bankına və Vaşinqtondan Pekinə qədər belə bir addıma qarşı xəbərdarlıqlar daha da artıb.
Məqalədə vurğulanır ki, kansler “səhv mərc etdi” və məğlubiyyətə uğradı.
Müəllif
Ləman Cavadova
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik
