Dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.
Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Baş prokurorluğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA-nın, Auditorlar Palatasının, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalılar, hüquqşünaslar, tarixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.Bu barədə Milli Məclis saytında yazı dərc edilib.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik