Avropa Birliyinin monitorinq missiyası Ermənistan ərazisində Rusiya, Azərbaycan və İrana qarşı kəşfiyyat məlumatı toplayır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Diplomatın sözlərinə görə, İrəvanın AB missiyasına güvənməsi respublikada hadisələrin inkişafını böyük ölçüdə müəyyənləşdirdi, baxmayaraq ki, bir çox riskləri azaltmaq olardı:
“2022-ci ildə İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifi ilə razılaşsaydı, o zaman Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxunu önləmək olardı.
Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi heç bir halda dövlətin sərhədlərini qorumayan, Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan AB missiyasını dəvət etməyi üstün tutdu”.
Sosial Platformamızı bəyənin