Ermənistan və Özbəkistan arasında ticari-iqtisadi sahədə əməkdaşlıq planı imzalanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında məlumat verib.
Baş nazir qeyd edib ki, Özbəkistanla 2024-26-cı illərdə ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək birgə fəaliyyət planının imzalanması planlaşdırılır.
Özbəkistan və Ermənistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, bir-birinin ərazilərində birbaşa səfirlikləri və ya digər nümayəndəlikləri yoxdur. Ermənistan Özbəkistanın Moskvadakı (Rusiya) səfirliyinin konsulluq bölgəsinə daxil edilib. İki ölkənin prezidentləri və ya baş nazirlərinin bir-birlərinə dövlət və ya rəsmi səfərləri heç vaxt baş verməyib. Buna baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri mövcuddur.
Mənsur Rəğbətoğlu
Sosial Platformamızı bəyənin