Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinə (ISI) yeni rəhbər təyin olunub.
APA-nın xəbərinə görə, bu barədə Pakistanın “Dawn News” nəşri məlumat yayıb.
General-leytenant Faiz Həmid İdarələrarası Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad olunub. O, Peşəvər Korpusunun komandiri təyin olunub.
General-leytenant Nadim Anjum isə İdarələrarası Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib.
Nadim Anjum daha əvvəl Kəraçidə Pakistanın V Korpusunun Komandanı olub, Pakistanın Sərhəd Korpusunda Baş Müfəttiş kimi çalışıb.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik