“Avropa İttifaqının prezidentin Şarl Mişelin Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstan, Azərbaycan və Ermənistana səfəri əsasən, regionda post-münaqişə dövrünə uyğun olaraq əməkdaşlığı yeni bir inkişaf mərhələsinə qaldırmaq, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün əsas vasitəçi olmaqdır”.
Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib.Onun sözlərinə görə, məhz ittifaq prezidentinin ilk səfəri Ermənistana etməsi, baş nazir Nikol Paşinyan və preziden Armen Sarkisyanla danışıqlar aparması, oradan Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşü gözlənilir.
“Avropa İttifaqı Avropa İttifaqı iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır. Avropa İttifaqının buna imkanı çatır və Ermənistana təzyiqlər edəcəksə, bu mümkündür. Qeyd edim ki, Avropa İttifaqı burada əsas maraqlı tərəfdir. Rusiya, nə də ABŞ sülhün əldə edilməsində maraqlı deyil. Məhz baş verənləri düzgün qiymətləndirən Avropa İttifaqı təşəbbüsü ələ alır. İki ölkə Avropa İttifaqı ilə sıx əməkdaşlıq münasibətlərinə malikdir. Əgər, Ermənistan Rusiyanın təhriklərinə qarşı gəlib, Avropa İttifaqının təkliflərini qəbul edəcəksə, Azərbaycanla sülhün əldə edilməsi mümkündür. Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazırdır. Avropa İttifaqı Ermənistanla danışıqlar apardığı bir fonda sərhəddə atəşkəsi qarşı tərəf mütəmadi pozur. Rusiya göstərmək istəyir ki, heç bir tərəfin regionda sülhün əldə etməsinə imkan verməyəcək”.
Sosial Platformamızı bəyənin