Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin sözçüsü Nazeli Baqdasaryan deyib.
O bildirib ki, söhbət zamanı tərəflər Tavuş vilayətində delimitasiya və Azərbaycanla danışıqları müzakirə ediblər.
Rəsmilər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik