Mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Ermənistanda gündəmdə olan məsələlərdən biri də Baş nazir Nikol Paşinyanın həmin mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyi ilə bağlıdır.
Ermənistanın “MediaHub” portalı rəsmi mənbələrə istinadla yazır ki, buna qərar verilməyib. Mənbə bildirir ki, Paşinyan mərasimə qatılmamaqla Ermənistanın Rusiyadan müttəfiq kimi narazı olduğunu bir daha göstərmək istəyir.
Saytın mənbəsinin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi Birliyinin yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan yubiley sammitində iştirak etmək üçün yalnız mayın 8-də Rusiyada olacaq.
Paşinyan 9 May Qələbə Günü münasibətilə təşkil olunacaq tədbirlərdə də iştirak etməyəcək.
Müəllif: Mənsur Rəğbətoğlu
Sosial Platformamızı bəyənin