Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub.
Prezidentin imzaladığı digər sərəncama əsasən isə Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Ə. Əzizov bundan öncə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.Başqa bir sərəncamla isə, Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mahirə Abdullayeva
Bizi Seçdiyiniz üçün təşəkkür edirik