Bu barədə Milli Məclisin deputatı Əziz Ələkbərli Facebook hesabında paylaşım edib. Millət Vəkili Əziz Ələkbərli paylaşdığı yazını təqdim edirik.
– Mənim 2007-ci ildə nəşr olunan “Qərbi Azərbaycan abidələri” kitabımı 16 ildir ermənilər həzm edə bilmir. Erməni “xəritəşünas” alimi bu günlərdə növbəti dəfə teleekrana çıxaraq kitabı müzakirə edib. “Ən tutarlı” arqumentlərindən biri də budur ki, kitabda verdiyim Qərbi Azərbaycanın (indiki Ermənistanın) xəritəsini göstərərək bildirir ki, burada OĞUZ TÜRKLƏRİ yazılıb və erməni alimi iddia edir ki, Oğuz türkləri ancaq Orta Asiyada yaşayıblar.” Bundan əlavə çıxışında erməni “alim” iddia edir ki, guya 1918-ci ilə qədər tarixdə Azərbaycan adı, 19-cu əsrə qədər isə azərbaycanlıların heç bir yazısı olmayıb.
Doğrudur, hörmətli ermənişünas alimimiz İsmayıl Tanrıverdi saytın paylaşımına şərhində erməni “alimin” cavabını verərək yazıb: “Ey cahil qoca Kaftar, əsl oğuz türkləri – azərbaycanlılardır. Get tarixi yaxşı öyrən. Öz tarixinizi saxtalaşdırmağa o qədər öyrəşmisiniz ki, başqa xalqların da tarixini saxtalaşdırırsınız”. Amma erməniləri narahat edən bu fakt bir daha təsdiq edir ki, tarixi həqiqətləri ortaya qoyan nəşrlərimizin sayını artırmalıyıq və artıracağıq.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik