Bütün xalqımızı mübarək orucluq ayı münasibətilə təbrik edirəm və uca Allahdan Azərbaycanımıza bol ruzi əminamanlıq arzu edirəm.Qaraçuxur məsçidinin axundu olaraq mən Mirilyas Nəzərov Miri oğlu 2015-ci ildən bu məsçiddə fəaliyyət göstərirəm. Fəaliyyətim dövründə həm Allah qabağında həm də insanlar qabağında çalışmışam ki fəaliyyətimdə qüsurlarım olmasın. Dövlətimə və dövlətçiliyimə sadiq insanam. Lakin mənim haqqımda bəzi şəxslər bir neçə sayta mənim haqqımda qərəzli məlumatlar vermişlər. Əfsuslar olsun ki, mənim haqqımda qərəzli olanlar özləri haqqında heç bir məlumat verməyiblər. Uzun illərdir bu məsçidin axundu olduğum vaxtlarda da insanların köməyinə çatmağa çalışmışam. Hazırki axundu olduğum bu məsçiddə həm şiə , həm sünni təriqətlərindən olanlar Allaha ibadət edirlər. Qeyd edim ki, mənim haqqımda yazılan bəzi qərəzli və əsasslz məlumatlar tam kökündən yanlışdır və heç bir sübuta əsaslanmır. Bəzi saytlarda əvvəllər bu məsçidin işçiləri olmuş insanlar mənim haqqımda yaydıqları məlumatları ondan ibarətdir ki, güya burada ölü yumaq üçün pul alırlar və buna bənzər əsassız məlumatlar yaymağa çalışıblar. Burada insanların könüllü verdikləri iyanələrdə məsçidin ehtiyaclarını ödənilməsi üçün (qaz,su, işıq və digər kommunal xidmətlərin) ödənilməsinə sərf edilir. Bəzi saytlarda mənim haqqımda faktlara əsaslanmayan yazı yazdıranların heç birisi adlarını qeyd etməyiblər. Mənim haqqımda qərəzli yazılar yazdırmağa çalışanlar məndən əvvəlki axundun zamanında bu məsçiddə çalışan insanlardır. Güya burada yeyinti işləri, olubdur və güya mən aylıq mollalardan pul yığmışam və yaxudda ki, burada kəbin kəsdirməyə gələnlərdən mən pul almışam. Mən hərzaman məni çağıran məclislərə təmənnasız olaraq getmişəm və indiyədək çalışmışam ki fəaliyyətimdə heç bir qüsur olmasın. Uca Allah qalib xaımızı və dövlətimizi qorusun Amin
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik