QURBAN MƏRASİMİ BÜTÜN SİVİLİZASİYA LARDA OLUB VƏ HƏR ZAMAN TANRI XATİRİNƏ İCRA OLUNAN RİTUALDİR.
TARİXİ QEYDLƏRƏ görə türklərin hunların zamanından bayram və şənlik keçirdikləri məlumdur. Ayrıca olaraq hunlar beşinci ayda, yəni yazda “LUNQ-CİNĞ” adlanan yerdə böyük bir bayram keçirərmişlər. Bu bayramlarda xalq inancları ilə bağlı adətlər yerinə yetirilir, müxtəlif yarışlar təşkil edilir, dini adət olaraq dünyanı yaradan “GÖK TANRI Tanrı” və müqəddəs sayılan “yer” üçün at qurban edilərdi.
QURBAN mərasiminin ardınca cıdır yarışları başlanırmış. Belə yarışlar payız mövsümündə də təkrarlanırmış. Hunlaraın keçirdiyi mərasimlərə bənzər bayram və şənliklərin keçirilməsi Göytürklər dönəmində də rast gəlinir. Belə ki, o dönəmdə türklərin hər il müəyyən zamanda “əcdad mağarasında “ATALARINA qurban kəsirdilər. Bayram mərasimləri isə beşinci ayın ikinci yarısında “Gök Tenqri” və “ıduk yer, suv” üçün qurban kəsməklə başlanırmış. Qurbandan sonra da kollektiv şəkildə şənlik olurdu. Bu zaman oyun oynar, kımız içər, nəğmələr söyləyərlərmiş.
Araşdırmalarda 450-ci ildə uyğur türklərinin Çinin şimalında böyük bir bayram mərasimi keçirmələri haqqında məlumatlara rast gəlinir. ONLARIN bu bayramda “Gök Tenqri”yə qurban kəsmələri, sonra da nəğmə söyləyərək şənlik etmələri qeyd olunur. 840-cı ildən sonra Tarım hövzəsinə gəlib oturaq həyata keçən uyğurlar Buddizmi qəbul etsələr də, əski ənənələrini unutmamisdilar.
KARLIK- ALTAY mifologiyasında Suylaya yardım edən ruhdur. Suyla- insanın qoruyucu ruhu, şamanı yuxarı və aşağı aləmlərə səyahət zaman onu müşayiətedən ruhdur.Suylanı at gözlü quş formasında təsvir ediblər. Qamlama zamanı şamanın önündə gedərmiş və hər şeyi ona deyərmiş, eyni zamanda qurban mərasimində də iştirak edərmiş. Duman onun simvoludur. Karluk isə duman, buğ, buxar tanrısıdır ki, Tanrı Ülgənə onun şərəfinə verilmiş qurbanların ruhlarını yetirir. Qurbanlıqdan çıxan buğ- buxar onun həmin əraziyə gəldiyini bildirir. KARLUKA xoş gəlsin deyə qədimdə yanan ocağa su səpib buxar çıxararlarmış. “Kar” sözü qədim türklərdə həm də “Görmək” mənasında işlədilib. Məsələn, hansısa izləmək istədiyin, hərəkətdə olan bir obyekti gördükdə, onu “qaraladım” da deyilir. Və ya göz yaxşı görməyəndə görməsini itirib demək əvəzinə “Qarov/Qaroy” olub da deyərdilər. Göktürkcə “KARAK” sözü: 1- Kara/QARA/Ak/Ağ 2- Gözbəbəyi 3- Baxış, nəzər, Karakçi sözü isə “Gözləmçi/baxıcı/bakıcı” deməkdir. Kereh– Fərz deməkdir. Kergek/Here/Kereg/Gərəkdir.Dini bir vəzifədir. Yerinə yetirilməsi vacib olan dini missiyadır. İcra olunması şərt olan ibadətdir. Dinin gərəyi sayılır. Qurban ibadəti kimi başa düşülür, ilahi bir məqsədlə kəsilən və ya təbiətə buraxılan heyvan ya da, saçılan yemək, ərzaq, su, taxıllar deməktdr. MOĞOL inançlarına görə insanın sağlam bir məntiqlə daim doğru qərarlar verməsi çox önəmlidir, tam tərsinə əğər bir insan zehnini və yetənəyini çirkin məqsədlərlə istifadə edərsə, tarazlığı pozar, bu da onun düşüncə gücünü zəiflədər. Dolayısıyla “Kereh” yalnız konkret bir ibadəti deyil, eyni zamanda davranış biçimlərini və hətta düşüncəni də əhatə edir. Bu baxımdan əski TÜRK-MOĞOL inanc sistemi içərisində doğru davranışlar da bir vəzifə, missiya olaraq qəbul edilir. “Ker/Ger” Zərurət deməkdir. Həm də vacibdir. Moğol d. “Hereg/Kereg “sözü də lazımlılıq, vaciblik, fərz anlamı daşıyır. Tatarca “Kirek” kəlməsi “Gərək/ Gərəkli” mənasını verir. EHTİMAL ki, Hor-Qor tanrısının adını da elə qədim Oğuzlar/Türklər verib. Bəlkə Kereh/Gerek,gərəkliolan olan ibadət də elə Hor/Qor tanrısı üçün edilib? Qurban mərasimi bütün sivilizasiyalarda olub və hər zaman tanrı xatirinə icra olunan ritualdır – Afrikada Daqomei və Aşanti xalqları çar dünyasını dəyişəndə yüzlərlə qulu ona qurban edirlərmiş. Qədim MİSİR dünya görüşünə görə qul öz hökmdarını həm o biri dünyaya getdikdə müşayiət etməli, həm də o biri dünyada hökmdara xidmət etmələri üçün qurban verilməli imiş. Semit xalqlarından olan Ammonit, Finikiya və KARFAGENLİLƏR körpələri yandıraraq Moloxa qurban edirlərmiş. Mayya və Asteklər minlərlə insanı Maisa bayramında piramida formalı xram kompleksində qurban kəsirlərmiş. İnk imperiyasında yeni çarlığa başlamış hökmdara da minlərlə insan qurban kəsilərmiş. Günəş kultuna etiqad edən xaqlardan bəziləri günəşin insan qanı ilə qidalandığına inanarlarmış. BURADAN İbrahim peyğəmbərin nə üçün Allahın əmri ilə qoçu qurban kəsməsi məsələsi aydın olur. İbrahim peygəmbər; bu ritualla insan qurbanlarının qarşısı aldı və şüurlu insana deyildi ki, hətta kəsilən heyvanın nə qanı nə də əti TANRIYA, Allaha lazım deyil. Hər şey insan üçündür. Amma Yunan mifolofiyasına görə insan qurbanı ritualını ilk dəfə keçi ilə əvəz edən tanrıça Afrodita olub. Belə ki, qızıl quzunu Afroditaya qurban gətirmədiyinə görə, AQAMEMNONA qəzəblənən Afrodita küləyin qarşısını alır və Aqamemnonun gəmisi hərəkət edə bilmir. Bu zaman hər şeyin bilicisi Kalxant məsləhət verir ki, vəziyyətdən çıxmaq üçün gərək Aqamemnon qızlarının ən gözəli olan İFİGENİYANI Afroditaya qurban etsin. Menelayın təkidini, ordunun vəziyətini nəzərə alan Aqamemnon bu təkliflə razilaşır. Rituala olan hazırlıqlara baxmayaraq, qızına qurban ediləcəyini demir. Guya Axillə ərə veriləcək və hazırlıqlar da onun üçündür. Son anda Afrodita İFİGENİYANI buludlara bükərək göylərə qaldırır və onun yerinə qurban üçün keçi göndərir. Qurbangahdakı altarın üstündə isə buzov qoyulur. Göylərə qaldırılmış İfigeniya Tavridada yerə endirilir. Tavrida bu günkü Krımın cənub hissəsidir və Krımın ən qədim adıdır. Bu gün QURBAN kəsilən heyvanların hüquqlarını qoruyan adamlar da az deyil. Yəqin müasir insan bir gün anlayacaq ki, min illərdir İbrahim Peyğəmbərin etdiyi inqilab; milyonlarla insanı ölümdən qurtarıb. Bir gün gələcək ki, biz də qurban mərasiminin və ya ritualının fəlsəfəsini anlayacağıq, körpə quzuları, digər heyvanları ölümdən qurtararaq öz humanistliyimizi göstərəcəyik. Qurban; Türkiyə türkcəsində “kurban”adlanır, Kazaxlar isə “kurbanı “deyir. QURBAN Tanrılara həsr edildiyi üçün məhz Qurban adlanıb. Axı əbədi tanrı QOR/HOR TANRIDIR…
“HOR SİVİLİZASİYASI VƏ ONUN GÜNÜMÜZDƏ İZLƏRİ” KİTABINDAN.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik