Putindən fərman : Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı təxminən 170 min nəfər artırılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştat sayı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib.
Əvvəlki fərmanda bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik