Qərbyönümlü qüvvələrin dəstəyi ilə Serbiyada dövlət çevrilişi hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O, qərbyönümlü qüvvələrin ölkədə çevriliş hazırladığı barədə Rusiyadan məlumat aldığını bildirib.
“Zorla nəyəsə nail olacaqlarını xəyal edənlər heç nəyə nail olmayacaqlar. Serbiya yorulmadan irəliləyir və bunu dayandıra bilməzlər, dayandırmayacaqlar. Bu mənim hamıya mesajımdır və insanlarımızın narahatlığına əsas yoxdur”, – deyə Serbiya Prezidenti vurğulayıb.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik