Rusiya hökuməti Dövlət Dumasına ölkədə iş icazəsi ilə çalışan miqrantların uşaqları üçün yeni tələblər qoyan qanun layihəsi təqdim edib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, qanun layihəsinin mətni artıq Dumanın elektron məlumat bazasında yerləşdirilib.
Təklif olunan dəyişikliklər “Xarici vətəndaşların hüquqi statusu haqqında” Qanuna şamil olunacaq.
Sənədə əsasən, miqrant uşaqlar yalnız valideynlərinin iş icazəsinin müddəti ərzində Rusiyada qala biləcəklər. Həmçinin miqrant işçi və hər bir uşağı üçün sabit əvvəlcədən müəyyən olunmuş fərdi gəlir vergisi ödənməlidir.
Qanun qüvvəyə minərsə, 18 yaşına çatmış miqrant uşaqlar ya 30 gün ərzində Rusiyanı tərk etməli, ya da müəyyən edilmiş müddət ərzində iş icazəsi üçün müraciət etməlidirlər.
Ekspertlər bu qanunun miqrant ailələrinin həyatını daha da çətinləşdirəcəyini bildirirlər.
Sosial Platformamızı bəyənin