Rusiya öz ərazisinin bir hissəsini itirməsinə baxmayaraq, Donbasda mümkün qədər çox Ukrayna torpağı ələ keçirmək cəhdindən əl çəkmir.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.
Rusiya hücumları barədə danışan Çasov Yar şəhəri yaxınlığında döyüşən Ukrayna Milli Polisi briqadasının mətbuat xidmətinin əməkdaşı Artem Cepko rus qoşunlarının hər gün aviabombalardan istifadə etməkdə davam etdiyini və təzyiqin azalmadığını bildirib.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin fikrincə, Rusiya Kursk bölgəsinin işğalını dayandırmağa kömək etmək üçün Ukraynanın şərqindəki cəbhə xəttindən briqadaları çıxarmaq əvəzinə, daha aşağı səviyyəli bölmələri Kursk bölgəsinə yerləşdirib.
Sosial Platformamızı bəyənin