TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova Təcili Tibbi Yardım Xəstəxanasının kollektivinin iştirakı ilə iclas keçirib.
İclasda STM-in direktor müavini İlkin Namazov, müvafiq şöbə rəhbərləri, xəstəxananın tibbi personalı iştirak edib.
Bununla yanaşı, iclasa 2 nömrəli Xəstəxananın baş həkimi Adil Rzayev və Cərrahiyyə şöbəsinin personalı da qatılıb.
STM-in nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) baş həkimi Rauf Sadıxov rəhbəri olduğu tibb müəssisəsinin sutkalıq fəaliyyəti haqqında məlumat verib.
İclasda TTYX-nin müvafiq şöbə rəhbərlərinin gündəlik hesabatları, tibbi personalın avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat kimi məsələlərlə bağlı müraciətləri dinlənilib.
STM-in direktoru Səkinə Sadıxova çıxış edərək xidmət keyfiyyətinin və pasiyent məmnunluğunun artırılması istiqamətində davamlı addımların atılacağını bildirib.
Direktor qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şöbə rəhbərlərinə zəruri tapşırıqlar verib.
Sonda tibbi personalı maraqlandıran suallar cavablandırılıb.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik