
Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında ilk dəfə olaraq ağciyərin böyük ölçülü exinokokk kistası əməliyyat yolu ilə uğurla çıxarılıb.
15 yaşlı pasiyent üzərində cərrahi müdaxilə uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə həyata keçirilib.
Əməliyyat zamanı döş qəfəsi açılaraq ağciyərdə yerləşən iri kista tam olaraq çıxarılıb. Əməliyyat yüksək riskli olmasına baxmayaraq, peşəkar komandanın koordinasiyalı fəaliyyəti nəticəsində uğurla başa çatıb və pasiyentin vəziyyəti stabildir.
Qeyd edək ki, son 2 il ərzində STM-nin Uşaq Xəstəxanasında döş qəfəsi və ağciyər nahiyəsində ağır cərrahi müdaxilələr uğurla icra olunmaqdadır. Bu əməliyyat isə həmin uğurların daha bir göstəricisidir.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik