Yenidoğulmuş üzərində yüksək riskli əməliyyat uğurla icra edilib
Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan Perinatal Mərkəzdə nadir rast gəlinən və yüksək risk daşıyan cərrahi əməliyyat uğurla həyata keçirilib. Əməliyyat Mingəçevir şəhərindən təxliyə olunan 5 günlük yenidoğulmuş üzərində icra olunub.
Sakrokoksigeal teratoma diaqnozu təyin olunan yenidoğulmuşda əməliyyat və əməliyyatdan sonrakı dövrdə hər hansı ağırlaşma qeydə alınmayıb.
Əməliyyat uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə yüksək ixtisaslı tibbi komanda tərəfindən icra olunub. Sakrokoksigeal teratoma uşaqlarda ən ağır şiş patologiyalarından biri hesab olunur və təxminən 40 000 canlı doğumdan bir müşahidə edilir. Bu tip şişlər histoloji quruluşundan asılı olaraq təxminən 25% hallarda bədxassəli ola bilir ki, bu da müalicə prosesini daha da mürəkkəbləşdirir.
Qeyd edək ki, sakrokoksigeal teratomaların cərrahi müalicəsi yüksək texniki bacarıq tələb edir. Şişin iri damar strukturlarına yaxın yerləşməsi səbəbilə kütləvi qanaxma, həyati risk və əməliyyatdan sonra funksional pozğunluqların yaranma ehtimalı yüksək olur.
Hazırda yenidoğulmuşun ümumi vəziyyəti stabil qiymətləndirilir. Onda nevroloji və funksional fəsadlar da müşahidə edilmədiyindən tam sağlam vəziyyətdə evə buraxılıb.
Sumqayıt Tibb Mərkəzinə strukturuna daxil olan Perinatal Mərkəzdə növbəti böyük tibbi uğur əldə olunub!
Mingəçevirdən təxliyə olunan 5 günlük yenidoğulmuş üzərində nadir və yüksək riskli cərrahi əməliyyat mərkəzimizin peşəkar həkim komandası tərəfindən uğurla icra edilib.
Uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə həyata keçirilən əməliyyat tam uğurla nəticələnib və körpə sağlam vəziyyətdə evə buraxılıb.
Bu uğur Sumqayıt Tibb Mərkəzinin güclü kadr potensialı və yüksək peşəkarlığının bariz nümunəsidir.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik
