Sumqayıt Tibb Mərkəzində (STM) 6 yenidoğulmuş körpə üzərində mürəkkəb əməliyyatlar uğurla icra edilib
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Perinatal Mərkəzdə son 20 gün ərzində ağır anadangəlmə patologiyalı yenidoğulmuş körpələr üzərində 6 mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub.
Mərkəzə müxtəlif anadangəlmə patologiyalarla gətirilən körpələr üzərində yüksək peşəkarlıq tələb edən əməliyyatlar həyata keçirilib.
Bu əməliyyatlar arasında anadangəlmə diafraqma yırtığı, duodenum atreziyası (onikibarmaq bağırsağın qapalı olması), anal atreziya (anal dəliyin qapalı olması), ileal atreziya (nazik bağırsağın anadangəlmə qapalı olması) və digər mürəkkəb cərrahi patologiyalar yer alıb.
Əməliyyatlar uzman uşaq cərrahı Araz Hüseynov, anestezioloq-reanimatoloq Yelmar Süleymanov və neonatoloq Dilarə Axundovanın iştirakı ilə peşəkar tibbi komanda tərəfindən yüksək dəqiqlik və məsuliyyətlə icra olunub.
Həkimlərin peşəkarlığı və tibbi heyətin koordinasiyalı fəaliyyəti nəticəsində bütün əməliyyatlar uğurla başa çatdırılıb.
Qeyd edək ki, həyata keçirilən əməliyyatların bir qismi cəmi 1–3 günlük yenidoğulmuş körpələr üzərində aparılıb.
Bu isə Sumqayıt Tibb Mərkəzinin güclü tibbi komandası, müasir tibbi imkanları və yüksək ixtisaslı mütəxəssisləri sayəsində mümkün olub.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik

