Sumqayıt Tibb Mərkəzi 120-dən çox vətəndaşı oftalmoloji müayinədən keçirib.
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tibbi aksiya keçirib.
Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Göz şöbəsində təşkil olunan tibbi aksiyada 120-dən çox şəhər sakini oftalmoloji muayinələrdən keçib. Aparılan müayinələrdən sonra gözlərində problem müşahidə olunan şəxslərə qoyulan diaqnoza uyğun müvafiq tibbi təyinat yazılıb.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova aksiyanın gedişi ilə maraqlanıb, müayinədən keçən vətəndaşlarla həmsöhbət olub.
Aksiyanın keçirilməsində məqsəd onların səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.
Qeyd edək ki, bu kimi aksiyalar il ərzində mütəmadi olaraq keçiriləcək.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik