
STM-nin stukturuna daxil olan Perinatal Mərkəzinin Yenidoğulmuşların intensiv terapiya bölmünün bölmə müdiri Yeganə Ağayeva, 1 nömrəli Şəhər Xəstəxanasının Doğum şöbəsinin ginekoloqu Sevinc Məmmədova və 2 nömrəli Şəhər Xəstəxanasının baş tibb bacısı Məleykə Novruzova TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən Təşəkkürnamə ilə təltif edilib.
Onlar 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı və səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə bu mükafata layiq görülüblər.
STM-nin direktoru Elnur Azadxanov mükafatları tibb işçilərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik