AZƏRBAYCANREALLIĞI.COM Saytının yaydığı məlumata görə Sumqayıtda yoxlamalar başladı.
Ölkə başçısının etimad göstərib, rayonlara təyin etdiyi bəzi icra başçıları rəhbərlik etdiyi şəhər sakinlərinin rifahını və sosial durumunu yaxşılaşdırmaq əvəzinə ayrılan büdcəni dağıtmağa başlayırlar.
Təəssüflər olsun ki, öz şəxsi mənafeləri üçün bir çox maxinasiyalara əl atırlar. Bunlara misal olaraq, 69 yaşlı icra başçısı Zakir Fərəcovu deyə bilərik. Fərəcovun adı yerli və beynəlxalq mediada zaman-zaman müxtəlif neqativ yazılarda çəkilib.
İcra başçısı olduğu müddətdə qalmaqallı hadisələrlə gündəmdə qalmağı bacarıb. Maraqlı tərəfi isə budur ki, cənab Fərəcov həbsdə olan icra başçısı həmkarlarından heç də nəticə çıxarmır.
Son dayanacaq yeri olan Sumqayıt şəhəri olan Zakir Fərəcovun 4 illik fəaliyyətinə nəzər salsaq görərik ki, bu illər ərzində icra başçısı zülmkarlığı və əzazilliyi ilə şəhər sakinlərinin nifrətini qazanıb.
Siyasətçilər, ekspertlər və jurnalistlər bu şəxsin aqibətinin heç də yaxşı olmayacağı haqda şərhlər verirlər.
“Azərbaycan Reallığı”na daxil olan məlumata görə, artıq Maliyyə Nazirliyi cənab Zakir Fərəcovun Sumqayıtda icra başçısı olduğu 4 illik fəaliyyətini yoxlamağa başlayıb.
Mənbənin verdiyi məlumata görə, yeyinti maxinasiyaları medianın gündəmində olan icra başçısı milyonlarla manatı basıb yeyib.
Bu yoxlamalardan sonra 69 yaşlı icra başçısının işdən çıxarılacağı hətta həbsə göndəriləcəyi vurğulanır. Yoxlamaların tez bir zamanda yekunlaşacağı və bundan sonra onun başının üzərində ağ buludlar qaraya çevriləcəyi deyilir.
Sonda məlumatlı mənbənin verdiyi məlumata görə, yoxlamalar həmçinin Sumqayıt icra hakimiyyətinin balansında olan bütün qurumlarda aparılır.
“AZTURKTV.COM” olaraq, icra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Sosial Platformamızı bəyənin