AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə Azərbaycanda dekabrın 26-da matəm günü elan edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Çərşənbə günü Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. 30-dan çox adam həlak olub, yaralananlar var.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin psixoloq, həkim və xilasedicilərindən ibarət qrupu amfibiya təyyarəsi ilə Aktauya göndərilib.
Aktau yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Azərbaycanda yaradılmış Dövlət Komissiyası bildirib.