Bu barədə TƏBİB məlumat yayıb. Məlumatda ildirilir ki TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən birində beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı etdirmək mümkündürmü? İcbari tibbi sığorta bunu qarşılayırmı?
– Bəli, mümkündür. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə edilən son əlavə və dəyişikliklərə əsasən artıq beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı da ödənişsizdir.
Bu əməliyyatın icrası müraciət etdiyiniz hər hansı dövlət xəstəxanasında mümkün olmadıqda icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş verilir.
Qeyd edilir ki, Xidmətlər Zərfində təminata alınmış əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də əlavə olunub.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik