PALM BEACH, FLORIDA - DECEMBER 16: U.S. President-elect Donald Trump speaks at a news conference at Trump's Mar-a-Lago resort on December 16, 2024 in Palm Beach, Florida. In a news conference that went over an hour, Trump announced that SoftBank will invest over $100 billion in projects in the United States including 100,000 artificial intelligence related jobs and then took questions on Syria, Israel, Ukraine, the economy, cabinet picks, and many other topics. (Photo by Andrew Harnik/Getty Images)
Fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edən ABŞ Prezidenti Donald Trampın növbəti hədəfi Kuba olacaq.
Bu barədə “The Atlantic” qəzeti ABŞ liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Tramp özünü “başqalarının başlatdığı işi bitirmək” cəsarətinə malik ilk ABŞ Prezidenti kimi görür. Tramp apardığı islahatların onu keçmiş prezidentlər Ronald Reyqan, Cimmi Karter və Riçard Niksondan daha yüksək səviyyəyə qaldıra biləcəyinə inanır.
Daha əvvəl Donald Tramp ABŞ-nin Kubanı “dostcasına ələ keçirə” biləcəyini bildirmişdi. O, əlavə etmişdi ki, Havana Vaşinqtonla danışıqlar aparır.
ABŞ Prezidenti Kubanı, yumşaq desək, “uğursuz ölkə” adlandırıb.
“Dövlət katibi Marko Rubio bu məsələ ilə çox yüksək səviyyədə məşğul olur. Və bilirsiniz ki, onların pulu, nefti, yeməyi yoxdur. Hal-hazırda millət həqiqətən də çətin vəziyyətdədir və onların bizim köməyimizə ehtiyacı var”, – deyə Tramp Kuba haqqında bildirib.
