Türkiyənin ilk milli döyüş təyyarəsi “KAAN”ın bu il dekabrın 27-də ilk uçuşunu keçirməsi gözlənilir.
Teleqraf.com xəbər verir ki, “KAAN”ın istifadəyə verilməsi ilə Türkiyə 5-ci nəsil döyüş təyyarələrinə sahib ölkələr arasında yerini tutacaq.
Türkiyənin Aviasiya və Kosmos Sənaye (TUSAŞ) şirkəti tərəfindən hazırlanan təyyarə ilk dəfə martın 17-də uçuş-enmə zolağında yerini alıb. Son doqquz ay ərzində türk mühəndisləri tərəfindən hazırlanan “KAAN” ilk uçuş sınaqlarını uğurla tamamlayıb.
Dizaynı və hazırlanması ilə Türkiyənin milli istehsalı olan “KAAN”ın qanadlarının uzunluğu 14, ümumi hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir nəfər üçün nəzərdə tutulub.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik