
Suriyada Türkiyə hərbi bazalarının qurulması ilə bağlı işlər davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə olaraq Suriyada yeni hökumətin tələbləri istiqamətində onların müdafiə qabiliyyətinin artırılması və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizəsi üçün dəstək veririk. Bu çərçivədə təlim məqsədi ilə bazanın yaradılması üçün müzakirələr davam edir. Türkiyənin yeganə məqsədi Suriyanın ərazi bütövlüyü, sabitliyi və təhlükəsizliyini qoruyub saxlamaq, onu terrordan təmizləməkdir.
Türkiyənin bunu etmək niyyəti, gücü və strategiyası var. Bu məqsədlə həyata keçirilən və həyata keçiriləcək bütün fəaliyyətlər iki dövlət arasında əldə olunan razılaşma çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun və üçüncü ölkələri hədəf almadan reallaşdırılır və reallaşdırılacaq”, – məlumatda deyilir.
Müəllif: Mənsur Rəğbətoğlu
Sosial Platformamızı bəyənin