Türkiyə Somalidə kosmodrom tikintisinə başladığını elan edib.
Publika.az xəbər verir ki, “Baykar”ın Direktorlar Şurasının sədri Səlçuk Bayraktarın sözlərinə görə, Türkiyə milli kosmik proqramını dəstəkləmək üçün Somalidə kosmondromun tikintisi üzrə iddialı layihəyə başlayıb.
“Adətən, kosmodromun okeanın yaxınlığında yerləşməsi lazım gəlir. Somalidə isə Türkiyənin 30×30 kilometr ölçüsündə belə bir sahəsi var. Dünyada cəmi 12 belə sahə var. Ölkə artıq Somalidə kosmodromun tikintisinə başlayıb”, – deyə Bayraktar bildirib.
O qeyd edib ki. Ankara peyk və naviqasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir.
Ləman
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik
