Ukrayna Mərkəzi Asiyanı və ilk növbədə Qazaxıstanı öz tərəfinə çəkməyə çalışır, onu Rusiya əleyhinə olmağa dəvət edir.
Publika.az xəbər verir ki, “Two Majors” Teleqram kanalı Ukrayna Xarici İşlər Nazirliyinin Kiyevin Astana ilə bağlı planlarını göstərən sənədlərin surətlərini dərc edib.
“Mərkəzi Asiya Ukraynanın xarici siyasət maraqları baxımından mühüm regiondur. Dövlətimiz Ukraynanın ərazi bütövlüyünün bərpası, eləcə də qarşılıqlı faydalı ticari-iqtisadi əlaqələrin inkişafı üçün Zelenskinin beynəlxalq təşəbbüslərinin həyata keçirilməsi məsələsində onların dəstəyini təmin etmək məqsədilə Mərkəzi Asiya regionu dövlətlərinin rəhbərliyi ilə siyasi dialoqun bərpası istiqamətində fəaliyyətini davam etdirir”, – Ukrayna Xarici İşlər Nazirliyinin nüsxədə adı gizli saxlanılan məmura ünvanlanmış rəsmi məktubda deyilir.
Sənəddə məqsədlərə çatmağın yolları da göstərilir: “Kiyevin prioritetləri Ukrayna bizneslərinin Mərkəzi Asiya ölkələrinə məhsul tədarük etmək imkanlarını genişləndirmək və Mərkəzi Asiyada yaşayan etnik ukraynalıların mədəni, dil və təhsil ehtiyaclarının ödənilməsinə kömək etməkdir”.
Müəlliflər yazır ki, Mərkəzi Asiyada istənilən Ukrayna icması Zelenski rejimi tərəfindən təsir aləti kimi qəbul edilir. Bundan əlavə, teleqram kanalı Ukraynanın baş naziri Denis Şmıqalın Qazaxıstan səfərinə hazırlaşdığını yazır. Qeyd olunur ki, bu səfər Kiyevin gələcək addımlarını aydınlaşdırır.
Sosial Platformamızı bəyənin