Xorvatiyada Sabor (birpalatalı parlament) qarşıdan gələn parlament seçkisi ərəfəsində cümə axşamı keçirilən növbəti iclasından sonra buraxılıb.
Banker. az – ın verdiyi məlumata görə bunu parlamentin spikeri Qordan Yandrokoviç deyib.
Səsvermənin nəticələrinə yekun vuran Yandrokoviç “143 lehinə səslə Xorvatiya parlamentini buraxmaq qərarına gəldik. Sizə uğurlar arzulayıram”, – deyib.
Qanuna uyğun olaraq, Xorvatiya Prezidenti Zoran Milanoviç seçki tarixini aprelin sonu – mayın əvvəlinə təyin etməli olacaq ki, bu müddət ərzində Saborun 11-ci çağırışı da seçiləcək.
Xatırladaq ki, Xorvatiyada 2020-ci il iyulun beşində keçirilmiş əvvəlki parlament seçkilərinin nəticələrinə görə, hakim Xorvatiya Demokratik İttifaqı partiyası 66 mandat əldə edərək, böyük qələbə qazanıb.
Sosial Platformamızı bəyənin