İyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya
Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.Hörmətli Rüstəm
Nurqaliyeviç, bir daha xoş gəlmisiniz. Mən yeni görüşümüzə çox şadam. Əlbəttə, bu gün birgə Mərkəzin
açılışı əlamətdar hadisədir. Lakin daha vacibi bizim sizinlə ünsiyyətimizdir. Mən bizim həm Kazanda, həm
də Bakıda görüşlərimizi məmnuniyyətlə yada salıram. Şadam ki, Sizinlə müəyyən etdiyimiz hər şey, o
cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, – bu, qardaş Tatarıstanın obyektidir, – icra olunur.
Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdi
yimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq.
Biz burada məsləhətləşmələrə gələn və sonrakı planlar üzrə qərar qəbul edən nümayəndə heyəti ilə artıq
fikir mübadiləsi aparmışıq. Əlbəttə, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində
perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıqdır çox vacib sahədir. Tatarıstan və Azərbaycan
xalqları əsrlərboyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər
Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük
töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox
səmərəli, dinamik şəkildə inkişaf edir.
Beləliklə, bir daha xoş gəlmisiniz. Sizə burada – həm Cəbrayılda və Zəngilanda, həm də sabah Bakıda
xoş səfər arzulayıram.
Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib:
– Hörmətli İlham Heydər oğlu, hər şeydən əvvəl gözəl ölkədə olmaq imkanına, Sizin dəvətinizə görə
təşəkkür etmək və əlbəttə, Sizə – Azərbaycan Prezidentinə və bizim Prezidentə minnətdarlığımı bildirmək
istərdim. Biz ölkələrimiz
arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk.
Tatarlara və azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq. Siz bu qəsəbədəki
vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi
davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim
birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimi
zin möhkəm təməlini qoyublar.
Mahirə