“Ukrayna yaxın günlərdə ABŞ nümayəndələri və “Avropalı dostları” ilə görüşlərə hazırlaşır”.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yayımladığı video-müraciətdə bildirib.
Siyasətçi qeyd edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov münaqişələrin həlli ilə bağlı artıq aparılan əlaqələr barədə məlumat verəcək. Bu arada, Ukrayna Baş Qərargah rəisi Andrey Qnatov və onun komandası respublika vətəndaşları üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatları üzərində işləyir.
“Ən əsası odur ki, ABŞ Prezidentinin nümayəndələri ilə görüşlərim olacaq və həmçinin avropalı tərəfdaşlarımızla görüşlər keçiriləcək”,- Ukrayna lideri bildirib.
Dövlət başçısı münaqişənin həlli şanslarını “əhəmiyyətli” adlandırıb və ölkə hakimiyyətinin Ukrayna üçün “ləyaqətli sülh” təmin etmək üçün çalışdığını, eyni zamanda Rusiya Federasiyasının “üçüncü işğalının” qarşısını aldığını vurğulayıb.
Hüseyn İbadlı
Sosial Platformamızı bəyənin