Fransanın cənub-şərqində yerləşən Vyana şəhərinin hakimiyyəti Vladimir Zelenskinin Ermənistan və Qarabağ haqqında söylədiyi sözlərdən sonra meriya binasının fasadından Ukrayna bayrağını götürüb.
Publika.az xəbər verir ki, bu barədə “Le Dauphine Libere” qəzeti yazıb.
Binada Ukrayna bayrağı 2022-ci ilin fevralında quraşdırılıb.
Oktyabrın 4-də Zelenski ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Ukrayna prezidenti özünün Teleqram kanalında yazıb ki, o, Bakıya humanitar yardıma, xüsusən də enerji sektoruna görə təşəkkür edib.
Prezidentlər regional təhlükəsizlik, çağırışlar və qarşılıqlı fəaliyyət formalarını müzakirə edib, həmçinin “dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliklərini təsdiqləyiblər”.
Vyana meriyası qeyd edib ki, Zelenskinin bu açıqlamaları “suallar yaradır”.
Sosial Platformamızı bəyənin