Çuğundur gözlənilmədən ən zərərli qidaların reytinqində peyda olub. Üstəlik, bədənə dəyən zərərin dərəcəsinə görə, o, kolbasadan daha təhlükəlidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pavel Aqapkin danışıb.
Ekspertin sözlərinə görə, çuğundurun tərkibində kolbasadan 20 dəfə çox nitrat var. Çuğundur qızardıldığında isə nitratlardan nitrit əmələ gəlir.
Eyni zamanda, Aqapkin çuğundurdan tamamilə imtina etməyə çağırmır. “Nitritlərə çevrilən nitratları hər gün müəyyən miqdarda yeyirik. Əsrlərdir ki, insanlar bu salatları, borşları yeyirlər və onlara pis heç nə olmayıb”, – deyə mütəxəssis qeyd edib.
Lakin xəbərdarlıq edib ki, şəkərli diabet, qastrit və yüksək turşuluqdan əziyyət çəkən insanların çuğundur istehlakını azaltması daha yaxşıdır, çünki onlar çoxlu şəkər və xlor ehtiva edir.
Sosial Platformamızı bəyənin