Şamaxı Rayon Mərkəzi Xəstəxanasında servikal mielomeninqosel (mərkəzi sinir sisteminin nadir rast gəlinən anadangəlmə qüsuru) diaqnozu ilə doğulan körpə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.
Perinatal Mərkəzdə ilk dəfə baş tutan əməliyyat TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin nəzarəti, eyni zamanda Yeni Klinikadan dəvət olunan uzman həkim-neyrocərrah Azad Məlikovun və Sumqayıt Uşaq Xəstəxanasının uzman uşaq cərrahı Araz Hüseynovun iştirakı ilə körpənin doğumunun ilk günündə neyrocərrahi servikal mielomeninqoselin ləğvi əməliyyatı baş tutub.
Beləliklə, kistik törəmə tam şəkildə xaric edilib, onurğa beyin qişaları bərpa edilib.
Hazırda uşağın vəziyyəti stabildir, həkimlərin müşahidəsi altındadır.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik